Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 29-cu Ayə

Surə 21
Ayə 29

Azərbaycan dilində tərcümə

Onlardan (mələk, insan və cinlərdən) hər kim «mən (özüm) Ondan qeyri və Onun müqabilində bir tanrıyam» desə, onu Cəhənnəmlə cəzalandırarıq. (Bəli,) Biz zalımları belə cəzalandırırıq.
Əl-Ənbiya surəsi , 29-cu ayə
Əl-Ənbiya surəsi 29-cu ayə
Tam Surə

Əl-Ənbiya surəsi 29-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 29

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“Onlardan (mələklərdən) hansı biri «mən Allahın əvəzinə məbudam» desə, cəhənnəmi ona cəza qərar verərik. Biz zalımları bu sayaq cəzalandıracağıq.”

Nöqtələr

Ola bilsin ki, bu ayədə “qızım sənə deyirəm, gəlin sən eşit” prinsipi əsas götürülmüşdür. Yəni xalq bilməlidir ki, hətta mələklər belə bir kəsi şirkə dəvət etsələr, cəhənnəm əzabı gözləməlidirlər.

Bildirişlər

  1. Şirk iddiası heç bir mövcuddan qəbul olunmur və bağışlanmır.

  2. Allah qarşısında özünü Ona şərik kimi tanıtdıran istənilən bir kəs - tərəfdarı olsa da, olmasa da - cəhənnəmlə cəzalandırılır.

  3. İlahi cəzalar əbədi sünnə və qanunlara əsaslanır.

  4. Müşrik zalımdır və zalımın cəzası yalnız cəhənnəmdir.