NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 31
MÖHSÜN QƏRAƏTİ
13.05.2026
“(Yer) onları silkələməsin deyə, yer üzündə sabit və möhkəm dağlar qərar verdik. Dağlar arasında geniş yollar qoyduq. Ola bilsin ki, yolu tapalar.”
Bildirişlər
Dağlar təsadüfən yaradılmamışdır. Onların yaranışı ilahi tədbirə əsaslanır.
Dağlar yer üzündə aramlıq səbəbidir. Dağlar olmasaydı, yerdə daxili qazlar səbəbindən şiddətli titrəyişlər yaranardı.
Böyük maneələr arasından da qurtuluş yolları müəyyənləşdirilib.
Dağlar arası yollar həm insanları mənzilə çatdırır, həm də onların diqqətini ilahi hikmətə yönəldir.