NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 44
MÖHSÜN QƏRAƏTİ
13.05.2026
“Bununla belə, Biz onlara və atalarına ömürləri uzandıqca nemət verdik. Görmürlərmi ki, Biz yerin sorağına gəlib (ölüm və fəna ilə) onu ətrafından əskildirik. Yoxsa onlar (Bizə) qalibdir?”
Bildirişlər
Ömrün uzunluğu və nemətlərdən faydalanma Allahın iradəsindən asılıdır. Bu istiqamətdə heç bir məbudun rolu yoxdur.
Bəşər nəslinin nemətlərdən faydalanması ilahi lütf nişanəsi deyil. (Ata-babaların ömrünün uzunluğu və rifah içində yaşaması sizi çaşdırmasın.)
Allah kafirləri cəzalandırmağa tələsmir.
Ömrün uzunluğu bizi sevindirməməlidir. Allah kafirlərə günahlarını yumaq üçün möhlət olaraq uzun ömür vermişdir.
Millətlər və mədəniyyətlər tarixindən xəbərdarlıq, bütün bunlardan ibrət götürülməsi bəyənilmiş işdir.
Kafirlər millətlərin bir-birinin ardınca məhv olub getdiyini görə-görə qələbə ümidindədirmi?!