Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 45-ci Ayə

Surə 21
Ayə 45

Azərbaycan dilində tərcümə

De: «Mən sizi yalnız vəhy vasitəsi ilə qorxuduram.» Lakin karlar qorxudulduqları zaman dəvəti eşitmirlər.
Əl-Ənbiya surəsi , 45-ci ayə
Əl-Ənbiya surəsi 45-ci ayə
Tam Surə

Əl-Ənbiya surəsi 45-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 45

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“De ki, mən yalnız vəhy yolu ilə sizə xəbərdarlıq edirəm. Amma (ey peyğəmbər, bil ki) karlar öyüd verilən zaman onu eşitmirlər!”

Bildirişlər

  1. Peyğəmbərlərin müjdə və xəbərdarlıqları şəxsi mülahizələrə, fərziyyələrə yox, qəti ilahi vəhyə əsaslanır.

  2. İlahi nemətlərdən düzgün faydalanmayanlar onlardan bəhrələnməmiş kimidirlər. Qulağı olduğu halda haqqı eşitməyən, gözü olduğu halda haqqı görməyən kəs əslində kar və kordur.

  3. Bəzən təbliğat düzgün şəkildə aparılsa da, qarşı tərəfin qabiliyyətsizliyi səbəbindən səmərə vermir.

  4. Bəzilərinin hidayət olacağına doğru yola gələcəyinə ümid bəsləməyə dəyməz. Qara qəlbə qonmaz vaizin sözü, Necə daşda qalmır mismarın izi.