Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 91-ci Ayə

Surə 21
Ayə 91

Azərbaycan dilində tərcümə

Və öz iffətini (halal və haramdan) qorumuş o qadını (Məryəmi də yada sal). Biz ona Öz ruhumuzdan üfürdük (və onun bətnində bir oğlan uşağı yaratdıq). Onu və oğlunu (oğlunun yaradılmasını, peyğəmbərliyini, kitabının yayılmasını, müxtəlif növ möcüzələrini və ömrünün uzunluğunu) aləmdəkilər üçün (Öz tovhid, əzəmət və qüdrətimizin) bir nişanə(si) etdik.
Tam Surə

Əl-Ənbiya surəsi 91-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 91

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“Özünü pak saxlayan qadını (Məryəmi yad et). Biz ona Öz ruhumuzdan üfürdük. Onu və oğlunu aləmlər üçün nişanə qərar verdik.”


Bildirişlər

  1. Quran mətləblərinin bəyanında nümunələr və insani kamilliklər göstərmək zəruridir. Bu yönümdə qadınla kişi arasında fərq yoxdur.

  2. İlahi lütflər qabiliyyət olan zaman nazil olur.

  3. Paklıq qadının ən üstün kamilliklərindəndir.

  4. İnsanda mövcud olan bir kamillik bir çox bərəkətlərlə müşayiət olunur.

  5. Ananın paklığı onun övladlarını uca məqamlara yüksəldə bilər.

  6. Qadının məqamı o qədər yüksələ bilər ki, Allah onu peyğəmbərlər tək mədh edər, aləmlər arasında Özü üçün nişanə qərar verər.