Əsas məzmuna keç

Əl-Hicr surəsi - 15-ci Ayə

Surə 15
Ayə 15

Azərbaycan dilində tərcümə

yenə də «həqiqətən bizim gözümüz bağlanmışdır, əslində biz cadu olunmuş (sehirlənmiş) bir dəstəyik» deyərdilər.
Əl-Hicr surəsi , 15-ci ayə
Əl-Hicr surəsi 15-ci ayə
Tam Surə

Əl-Hicr surəsi 15-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 15

MÖHSÜN QƏRAƏTİ
15.12.2025
"Əgər onların üzünə göydən bir qapı açsaq ki, durmadan onunla yuxarı qalxsınlar, şübhəsiz, deyərlər ki, həqiqətən, bizim gözümüz bağlanıb, bəlkə də sehrlənmiş bir qövmük.”
Nöqtələr
Bir neçə ayə əvvəl oxuduq ki, kafirlər Peyğəmbərdən (s) mələk gətirməsini istəyirdilər. Bu surənin 14-cü ayəsində buyurulur ki, hətta göydən qapı açılsa, səmaya qalxıb mələkləri görsələr, yenə iman gətirməyəcəklər. Çünki onların mələk görmək istəyi yalnız bir bəhanədir. İnadkar şəxs gördüyünü də inkar edir. Digər bir ayədə buyurulur ki, səmadan kağız üzərində kitab nazil olsaydı və onlar bu kitabı əllərinə alsaydılar da, yenə inkar edər, bu işi sehr sayardılar.
Bəzi təfsirçilər deyirlər: "Nəslukuhu” dedikdə təkzib və istehzanın kafirlərin qəlbinə yeridilməsi nəzərdə tutulur. Quran təbirincə, onların qəlbi daşlaşmışdır və hidayət qabiliyyətlərini itirmişlər.
Bildirişlər
1. İnsanların hidayətinə münasibətdə Allahın sünnəsi eynidir.
2. Allah höccəti tamamlayır, haqqı insanların qəlbinə və ruhunun dərinliyinə çatdırır. Bundan sonra onlar həqiqətdən xəbərsiz olduqlarını deyə bilməzlər.
3. Günah hidayət və nəsihətin qəbulu yolunda maneədir.
4. Haqqın qəbulu üçün onu eşitmək bəs etmir. İnsanın iman gətirməsi üçün iradə, təvazö və mütiliyə ehtiyac var.
5. Səmada Allahın iradəsi ilə hər bir insanın üzünə açıla biləsi qapılar var.
6. İnadkarlıq haqqın tanınmasına mane olur. İnadkar insan gördüyünü də inkar edir.
7. İnadkarlıq sağalmaz dərddir və getdikcə ağırlaşır. Belələri əlamətlər gördükdə "Gözlərim sehrlənib” deyirlər. Sonra isə bütün vücudlarının sehrləndiyini iddia edirlər.