Əsas məzmuna keç

Əl-Hicr surəsi - 16-cı Ayə

Surə 15
Ayə 16

Azərbaycan dilində tərcümə

Həqiqətən Biz göydə (günəşin il uzunu ətrafına fırlandığı) bürclər yaratdıq və onu baxanlar üçün (ulduzlarla) zinətləndirdik.
Əl-Hicr surəsi , 16-cı ayə
Əl-Hicr surəsi 16-cı ayə
Tam Surə

Əl-Hicr surəsi 16-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 16

MÖHSÜN QƏRAƏTİ
15.12.2025

"Həqiqətən, Biz səmada bürclər yaratdıq və onları baxanlar üçün zinət qərar verdik.”

Nöqtələr
"Burc” sözünün cəm forması olan "buruc” sözü əslində zühur mənası bildirir. Zinətini göstərən qadın belə adlanır. Xüsusi görünüşə malik qəsr, saray və tikiliyə bürc deyilir. Bu ayədə səma cisimləri və ya onların mənzilləri bürcə oxşadılır.
Yerin günəş ətrafında dövr etməsindən "məntəqətul-buruc” adlı xəyali bir dairə yaranır. Bu dairə 12 hissəyə bölünmüşdür və hər bir hissə üçün ulduzlar qeyd olunmuşdur. Ulduz toplumunun formasına münasib olaraq onlara ad verilmişdir. İranın şəmsi təqvimində adlar bu ulduzların adı ilə adlanır. Məsələn, fərvərdin, ordibeheşt, xordad... Ərəb dilində ulduzlar həməl (qoç), sur (buğa), couza (əkizlər), sərətan (xərçəng), əsəd (şir), sunbulə (qız), mizan (tərəzi), əqrəb, qövs (oxatan), cədi (oğlaq), cəlv (dolça), hut (balıq) adlandırılmışdır.
Bildirişlər
1. Səma cisimləri və onların müxtəlif orbitlərdə hərəkəti tövhid və Allahşünaslıq əsərlərindəndir.
2. Səma cisimləri də yaradılmışdır.
3. Zinət və gözəllik yaranış prinsiplərindəndir və Allah-təala göyləri xəlq edərkən bu prinsipə riayət etmişdir.
4. Göy də yer kimi insan üçün yaradılmışdır.