Əsas məzmuna keç

Əl-Hicr surəsi - 25-ci Ayə

Surə 15
Ayə 25

Azərbaycan dilində tərcümə

Əlbəttə, sənin Rəbbin (Qiyamət günü) onları (həyat vermək üçün onların bədən üzvlərini və hesab üçün fərdləri) toplayacaqdır. Həqiqətən O, hikmət sahibi və biləndir.
Əl-Hicr surəsi , 25-ci ayə
Əl-Hicr surəsi 25-ci ayə
Tam Surə

Əl-Hicr surəsi 25-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 25

MÖHSÜN QƏRAƏTİ
15.12.2025

"Həqiqətən, onların hamısını məhşur edəcək kəs, sənin Rəbbindir. Çünki O, hikmət sahibidir və biləndir.”

Nöqtələr
Təfsirçilər "mustəqdimin” və "mustəxirin” təbirləri ilə bağlı nümunələr zikr etmişlər. O cümlədən: dünyadan gedənlər və həyatda qalanlar, cəbhə aşiqləri və müxaliflər, camaat namazında birinci cərgədə dayananlar və sonuncu cərgədə dayananlar.
Bəziləri camaat namazında birinci cərgədə dayanmağa yubanmamaq üçün evlərini satışa qoyur, məscidin yaxınlığında ev almaq istəyirdilər. Ayədə buyurulur ki, Biz belə fərdləri tanıyırıq.
Bildirişlər
1. Ölüm və həyat yalnız Onun əlindədir. Hamı köçüb gedəsidir. Yaxşı olar, öz əməlimizlə həqiqi varis üçün yaxşı bir irs qoyaq.
2. Zamanın ilahi elmə təsiri yoxdur. Onun elmi keçmişi, indini və gələcəyi əhatə edir.
3. Qiyamətin bərpası, mükafat və cəza verilməsi Allahın rübubiyyət şənindəndir.
4. Qiyamət üçün dəlil Allahın hikmətidir. (Əgər zərrələr torpağa, torpaq qidaya, qida nütfəyə, nütfə insana çevrilirsə və ölümü dadmaqla insan yenidən torpaq olursa, bu hərəkət hikmətsiz ola bilməz.)
5. Qiyamətdə keçmişdəkilər və indikilər birlikdə məhşurlar olar. Allah hamının əməlindən, hər bir fərdin niyyətindən tam xəbərdardır.