NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 27
MÖHSÜN QƏRAƏTİ
15.12.2025
"İnsandan öncə yandırıcı və öldürücü oddan cini yaratdıq.”
Nöqtələr
Quru, bişməmiş gil "səlsal” adlanır. Belə bir gili üfürdükdə ondan fit səsi gəlir. «Həmə» dedikdə qara gil, "məsnun” dedikdə dəyişmiş mənaları anlaşılır. İnsan orqanizminə zəhər kimi təsir göstərən isti külək "səmum” adlanır.
Bu ayə ya ilk insanın, yəni həzrət Adəmin yaranışına işarədir , ya da insanın torpaqdan keçən təkamül yolunu göstərir. "Kəhf” surəsinin 37-ci ayəsində oxuyuruq ki, insan torpaq, nütfə, insan mərhələlərini keçmişdir.
Quran leksikonunda cin Allah tərəfindən xitab olunan vəzifəli bir mövcuddur. Bu mövcud Quranı anlayır. "Cin” surəsinin ilk ayəsində oxuyuruq: "Cinlərdən bir qrupu Quranı dinlədilər.” Cinlərin də insan kimi şəhvəti var. Quranda bakirə behişt qadınları haqqında danışılarkən buyurulur ki, onlara nə insan, nə də cin toxunub. Bu ayəyə əsasən, cin insandan əvvəl xəlq olunub. Çünki İblis cin tayfasındandır. O da sair kafirlər kimi cəhənnəmə gedər.