Əsas məzmuna keç

Əl-Hicr surəsi - 28-ci Ayə

Surə 15
Ayə 28

Azərbaycan dilində tərcümə

(yada sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Şübhəsiz, Mən qoxumuş palçıqdan alınmış quru gildən bəşər yaradacağam».
Əl-Hicr surəsi , 28-ci ayə
Əl-Hicr surəsi 28-ci ayə
Tam Surə

Əl-Hicr surəsi 28-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 28

MÖHSÜN QƏRAƏTİ
15.12.2025

"(Yada sal) o vaxt ki, Rəbbin mələklərə dedi: "Həqiqətən, Mən qara, quru və pis qoxulu gildən bəşər xəlq edərəm.”

Nöqtələr
"Bəşər” sözünün lüğətdəki mənası dərinin zahiridir. Canlılar arasında yalnız insanın dərisi görünür. Digər canlıların dərisi tüklə örtülüdür.
Bildirişlər
1. Mələklər insandan öncə yaradılıb. (Çünki Allah insanı yaratmamışdan öncə bu barədə mələklərlə danışırdı.)
2. İnsan torpaqdan, maddiyyatdan xəlq olunub. Bu səbəbdən də maddiyyata meyillidir.