Əsas məzmuna keç

Əl-Hicr surəsi - 50-cu Ayə

Surə 15
Ayə 50

Azərbaycan dilində tərcümə

Və həmin ağrılı əzab (da) Mənim əzabımdır.
Əl-Hicr surəsi , 50-cu ayə
Əl-Hicr surəsi 50-cu ayə
Tam Surə

Əl-Hicr surəsi 50-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 50

MÖHSÜN QƏRAƏTİ
16.12.2025

"Əlbəttə ki, Mənim əzabım da dərdli bir əzabdır.”

Nöqtələr
Quran bu ayələrdə xalqı 4 qismə bölür: İblisin hakim ola bilmədiyi ixlaslılar (peyğəmbər və övliyalar); Behişt əhli olan müttəqilər (təqvalılar); peyğəmbərlər tərəfindən əfv olunduğu bildirilən tövbə etmiş günahkarlar; dərdli əzabla qorxudulmuş qatı günahkarlar.
Bildirişlər
1. İlahi rəhmət ən böyük və ən üstün bildirişdir. ("Nəbə” dedikdə mühüm xəbər nəzərdə tutulur.)
2. Günahkarlar da Allahın bəndələridirlər.
3. Allahın lütfünə münasibətdə şəkk-şübhəyə yol verməyin.
4. Allahın bağışlaması lütfü və mehribanlıqla müşayiət olunur. O təkcə bağışlamır, həm də lütf edir.
5. Allahın bəxşiş və lütf dərin və ardıcıldır. ("Ğəfur” və "Rəhim” adları dərinlik və təkrar nişanəsidir.)
6. Allahın lütf və rəhməti Onun qəzəbindən öndə gəlir.
7. Allahın rəhmətinə görə qürrələnməyək. Çünki Onun əzabı da dərdlidir.