Əsas məzmuna keç

Əl-Hicr surəsi - 56-cı Ayə

Surə 15
Ayə 56

Azərbaycan dilində tərcümə

Dedi: «Öz Rəbbinin rəhmətindən azğınlardan başqa kim naümid olar?!»
Əl-Hicr surəsi , 56-cı ayə
Əl-Hicr surəsi 56-cı ayə
Tam Surə

Əl-Hicr surəsi 56-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 56

MÖHSÜN QƏRAƏTİ
16.12.2025

«(İbrahim) dedi: "Azğınlardan savay Rəbbinin rəhmətindən kim məyus olar?!”»

Nöqtələr
Allahın rəhmət və qəzəb nümunələrindən biri həzrət İbrahimin qonaqlarının əhvalatıdır. Mələklər bir yandan onu oğlu olacağı ilə müjdələyir, digər tərəfdən Lut qövmünün həlak olacağını xəbər verirlər.
"Zəyfi” dedikdə həm bir, həm də bir neçə qonaq nəzərdə tutula bilər.
Allah-təala bir dəfə həzrət İbrahimə kənizindən (Hacərdən) bir oğlan övlad verdi. Onun adı İsmail qoyuldu. Hazır müjdə isə İbrahimin Sara adlı arvadı ilə bağlıdır. Allah Saradan İbrahimə İshaqı verdi. Ayələrdə İsmailin həlimliyi, İshaqın elmi önə çəkilir.
Bildirişlər
1.Tarixin acı və şirin hadisələrindən ibrət götürək. (Tarixlərin ən üstünü peyğəmbərlərin həyatı, tarixi ən gözəl nəql edənlər isə peyğəmbərlər özləridirlər.)
2. Mələklər bəzən Allahın iradəsi ilə insan şəklinə düşür və təmasda ola bilirlər.
3. Salam vermək tarix boyu ilahi bir ədəb olmuşdur.
4. Peyğəmbərlərin elm və biliyi məhduddur və Allahın izni ilə şərtlənir. (Həzrət İbrahim qonaqlarını görəndə əvvəlcə tanımayıb qorxdu.)
5. Acı xəbərləri şirin xəbərlərlə yanaşı bəyan edək. (İmam Baqirin (ə) buyruğuna əsasən, Lut qövmünün həlak olma xəbərinin acılığı övlad xəbərinin şirinliyi ilə aradan götürüldü.)
6. Allahın qüdrətinə təəccübün tövhid inancı ilə ziddiyyəti yoxdur. (Hazırkı ayələrdə həzrət İbrahimin, "Hud” surəsində onun zövcəsi Saranın təəccübü qeyd olunur.)
7. Təhlükə və hadisə baş verməmiş xəbərdarlıq lazımdır.
8. Peyğəmbərlər ilahi ədəblə tərbiyələndirilirlər.
9. Peyğəmbərlərin isməti ilə ilahi xəbərdarlıq arasında ziddiyyət yoxdur.
10. Allahın qadağası bəzən xilaf əməlin baş verməsini göstərmir. Qadağada məqsəd israf işin qarşısının alınması da ola bilər.
11. Ümidsizlik dərdini Allahın rəhmət və rübubiyyətini yada salmaqla müalicə edək.
12. Allahın elminə, qüdrətinə və rəhmətinə əmin olanlar heç vaxt ümidlərini üzmürlər. (Namazda həzər qıldığımız yolunu azmışların bir dəstəsi də ümidsizlərdir.)