Əsas məzmuna keç

Əl-Hicr surəsi - 58-ci Ayə

Surə 15
Ayə 58

Azərbaycan dilində tərcümə

Dedilər: «Biz günahkar bir qövmə (Lut qövmünə) göndərilmişik (ki, onları həlak edək)».
Əl-Hicr surəsi , 58-ci ayə
Əl-Hicr surəsi 58-ci ayə
Tam Surə

Əl-Hicr surəsi 58-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 58

MÖHSÜN QƏRAƏTİ
16.12.2025

"Dedilər: "Biz günahkar bir qövmə doğru göndərilmişik (onları həlak etməliyik).”

Bildirişlər
1. Mələklər öz vəzifələrini yerinə yetirməmişdən öncə ilahi rəhbəri xəbərdar edirdilər.
2. Mələklər Allahın məmurlarıdırlar. Onlar möminlərə dua edir , günahkrlara Allahın qəhr-qəzəbini gətirirlər.
3. Mərtəbələr silsiləsinə riayət olunmalıdır. Məsələ Lut qövmünə aid olsa da, mələklər öncə həzrət İbrahimə, sonra həzrət Luta məlumat verdilər, çünki həzrət Lut həzrət İbrahimin hakimiyyəti altında idi.
4. Günahkarlara təkcə axirətdə cəza verilmir.
5. Günah hamını əhatə etdikdə və tövbə qılınmadıqda Allahın qəhr-qəzəbi labüddür.
6. Həyatın acı və şirin hadisələri bir-birinə qatışmışdır. (Öncə övlad müjdəsi verildi, sonra Lut qövmünün həlak olacağı bildirildi.)