Əsas məzmuna keç

Əl-Hicr surəsi - 70-cu Ayə

Surə 15
Ayə 70

Azərbaycan dilində tərcümə

Dedilər: «Məgər sənə dünya adamlarını (onları dəvət etməyi, sığınacaq verməyi və onları qonaq etməyi) qadağan etməmişik?!»
Əl-Hicr surəsi , 70-cu ayə
Əl-Hicr surəsi 70-cu ayə
Tam Surə

Əl-Hicr surəsi 70-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 70

MÖHSÜN QƏRAƏTİ
16.12.2025

"(Günahkarlar) dedilər: "Məgər biz sənə xalqı (qorumağı, qonaq saxlamağı) qadağan etmədikmi?!”

Nöqtələr
Rəvayətdə nəql olunur ki, Lutun gözəl qonaqları haqqında günahkarlara onun arvadı xəbər verdi. Onlar çirkin məqsədlə Lutun evinə hücum etdilər. Amma Allah onları hər hansı pis addımdan öncə məhv etdi.
Bildirişlər
1. Pisliyə qadağa qoyarkən («nəhy əz münkər» zamanı) qəlbə yatan və insani sözlərdən istifadə edin.
2. Abır-həyanın böyük dəyəri var.
3. Qonağa hörmətsizlik ev sahibinə hörmətsizlikdir.
4. Günahkar cəmiyyətdə günahkarlar özlərini haqlı sayır və iddiaçı oluralr edir.
5. Günahkar cəmiyyətdə ilahi insanlar öz mal-mülklərini sərf etmək haqqına malik deyillər.