NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 71
MÖHSÜN QƏRAƏTİ
16.12.2025
"(Lut) dedi: "Əgər sizin bir məqsədiniz varsa, onlar mənim qızlarımdır. (Onlarla evlənin və həmcinsbazlıqdan çəkinin.)”
Nöqtələr
Sual: Məgər Lut öz qızlarını kafirlərə ərə verə bilərdimi?
Cavab: Ola bilsin ki, Lut qızlarını onlara ərə verməmişdən öncə onların iman gətirəcəyini nəzərdə tuturdu. Belə də ola bilər ki, həmin dövrdə kafirlərlə izdivac qadağan olmamışdır.
Bildirişlər
1. Günahdan çəkindirmək üçün öncə qanuni və halal yolları göstərin.
2. Yaxşılığa əmr və pisliyə qadağada («əmr be məruf» və «nəhy əz münkərdə»), günahın qarşısını alanda özümüzdən maya qoyaq (qarşı tərəfin günahından çəkinməsi üçün şərait yaradaq).
3. Peyğəmbər məktəbi ləzzətləri haram edib, istəkləri öldürmək yox, daxili meyilləri düzgün istiqamətdə yönəltmək məqsədindədir.