Əsas məzmuna keç

Əl-Hicr surəsi - 90-cu Ayə

Surə 15
Ayə 90

Azərbaycan dilində tərcümə

Bölənlərə (əzab) nazil etdiyimiz kimi!
Əl-Hicr surəsi , 90-cu ayə
Əl-Hicr surəsi 90-cu ayə
Tam Surə

Əl-Hicr surəsi 90-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 90

MÖHSÜN QƏRAƏTİ
16.12.2025
"İlahi ayələri parçalayanlara göndərdiyimiz kimi (onlara da əzab göndərərik). Onlar ki, Quranı parça-parça etdilər! (Xeyirlərinə olanı qəbul edib, qalanını boşladılar).”
Nöqtələr
"Muqtəsimin” sözü təfsirlərdə 3 cür mənalandırılmışdır. Həcc əyyamında qüvvələrini Məkkəyə giriş yollarında paylaşdırıb müsafirlərə Məhəmmədin (s) kahin, sehrbaz, divanə olduğunu çatdıran küfr başçıları; Quranı hissə-hissə bölüb, hər hissənin oxşarını hazırlamağı öhdəsinə götürmüş dəstə; Quranın bir hissəsinə əməl edib, digər hissəsini boşlayanlar.
"İzin” sözü ya "izzə” sözünün cəm forması olub höcətləşmə, ya da "üzv” sözündən olub, hissə-hissə bölmək mənasını verir.
Bildirişlər
1. Tarixdən ibrət götürək.
2. Günahların cəzasına münasibətdə ilahi sünnələr, qanunlar sabit və dəyişməzdir.
3. Səmavi kitabı hissə-hissə bölənlərin cəzası Allahın qəhr-qəzəbidir.
4. Ləyaqətsiz insanlar tərəfindən səmavi kitabın təhrifi və hissələrə bölünməsi təzə iş deyil. (Yalnız Quranı tam şəkildə qəbul edən insan mömindir.)
5. Məbada, Quranın fiqhi ayələrini öyrənib, qalan hissəsini boşlayaq!