Əsas məzmuna keç

Əl-Hicr surəsi - 88-ci Ayə

Surə 15
Ayə 88

Azərbaycan dilində tərcümə

Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə və onlara (iman gətirməyənlərə) görə qəmgin olma və öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər.
Əl-Hicr surəsi , 88-ci ayə
Əl-Hicr surəsi 88-ci ayə
Tam Surə

Əl-Hicr surəsi 88-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 88

MÖHSÜN QƏRAƏTİ
16.12.2025

"(Ey peyğəmbər!) Kafirlərdən olan qruplar üçün ləzzət qərar verdiyimiz şeyə göz dikmə, onlara görə qəm yemə, möminlərə məhəbbət ağuşunu aç.”

Nöqtələr
Qadağa bəzən günahdan öncə, xəbərdarlıq məqsədi ilə bəyan olunur. Möhtərəm peyğəmbərlər kafirlərin dünyasına heç vaxt rəğbət göstərmədilər. Bu səbəbdən də Allahın qadağası xəbərdarlıq mahiyyəti daşıyır. Möminlərə kafirlərin dünyasına göz dikməmək əmri verilir.
Başqalarının əlində olana göz dikən şəxsin qəm-qüssəsi artar, onun narahatlığına çarə tapılmaz.”
Quranın Peyğəmbər (s) və möminlərə ciddi tapşırıqlarından biri iman əhli ilə mülayim, mərhəmətli və səbirli rəftardır. "Daim Rəbbini çağıran kəslərə qarşı səbirli davran.” ; "İman əhli möminlərə qarşı təvazökar, bir-birləri ilə mehribandırlar.”
"Əzvac” sözü həm kişi, həm də qadına aiddir. Burada xalqın və kafirlərin zümrələri də nəzərdə tutula bilər.
Bildirişlər
1. Başqalarının imkanlarına göz yumub öz imkanlarınıza arxalanın. İxtiyarında Quran olan şəxs kafirlərin dünyasına könül verməz.
2. Dünya nemətlərinə təslim olmayın. ("Çünki dünya həm cüzidir, həm də ötəridir. Dünya kimsə üçün açılmamış bir qönçədir.)
3. Göz dikmək insanın qəlbində məhəbbət və bağlılıq yaradır. Əsir olmamaq üçün baxmamağa çalışın. Günah və azğınlığın qarşısını ilk addımda almaq lazımdır.
Aman göz əlindən, könül əlindən,
Göz görəni könül sevəsi hökmən.
4. Yalnız özü maddiyyata əsir olmayanlar xalqı mənəviyyata sövq edə bilərlər.
5. Dünya ardınca qaçanların çoxu ona çatmır.
6. Hidayət ləyaqəti olmayanlara görə qəm çəkmək lazım deyil.
7. Dünya və dünyapərəstlərə qarşı təvazö və mülayimliyə yol verilməməlidir. Dindarlarla xoş rəftar isə davamlı olmalıdır.
8. Rəhbər və tərbiyəçi xalqa qarşı mülayim və mərhəmətli olmalıdır.