Əsas məzmuna keç

Hud surəsi - 101-ci Ayə

Surə 11
Ayə 101

Azərbaycan dilində tərcümə

Onlara Biz zülm etmədik və lakin onlar özlərinə zülm etdilər. Beləliklə, sənin Rəbbinin (onların əzabı barəsindəki) əmri yetişən zaman Allahın yerinə çağırdıqları tanrıları (əzabdan) heç bir şeyi onlardan uzaqlaşdırmadılar və onlara ziyan və həlakətdən başqa bir şey artırmadılar.
Hud surəsi , 101-ci ayə
Hud surəsi 101-ci ayə
Tam Surə

Hud surəsi 101-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 101

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“Biz onlara zülm etmədik. Onlar özləri özlərinə sitəm qıldılar. Rəblərinin
qəzəbi yetişdikdə Allah əvəzinə çağırdıqları tanrılar onlara fayda verməyib,
yalnız zərərlərini artırdı.”


Nöqtələr
◘“Təbb” sözündən olan “tətbib” sözü zərər-ziyanın davamlılıq mə`nasını
bildirir.
Bildirişlər
1. Zalımı cəzalandırmaq zülm yox, eynilə ədalətdir.
2. İnsanın taleyi onun əməl və rəftarlarından asılıdır.
3. Allahdan savay heç bir kimsə insana nicat verə bilməz.
4. Allahın iradəsi qarşısında kimsə müqavimət göstərə bilməz.