NUR TƏFSİRİ: Hud surəsi / ayə 102
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
“Rəbbinin cəzası belədir–zülmkar şəhərləri və abadlıqları (Öz qəhri ilə)
yaxalayır. Həqiqətən, Onun cəzası ağrılı və şiddətlidir.”
Bildirişlər
1. Allahın qəhr-qəzəbi və lütfü möhkəm və əbədi qanunlara əsaslanır. İlahi
cəza müdafiə məqsədli və təsadüfi deyil.
2. Zülmkar ümmətlər Allahın qəhr-qəzəbinə düçar olur.
3. Yerində hədələmə ən tə`sirli tərbiyə vasitələrindəndir.
4. Allahın qəhr-qəzəbi onun rübubiyyət şə`nindəndir.
5. Bədbəxtlik və ilahi qəzəb amili insanın özüdür.
6. Allahın qəzəbi o zaman nazil olur ki, zülm məntəqənin simasına çökür.
7. Allahın qəhr-qəzəbini sadə və əhəmiyyətsiz saymayaq.