Əsas məzmuna keç

Hud surəsi - 110-cu Ayə

Surə 11
Ayə 110

Azərbaycan dilində tərcümə

Şübhəsiz, Biz Musaya (səmavi) kitab verdik. Beləliklə onun barəsində (ümməti tərəfindən onun qəbul olunmasında, ümmətinin alimləri tərəfindən isə onun məzmununda) ziddiyyət yarandı. Əgər sənin Rəbbinin (azğınlara dəlil-sübutu tamamlamaq üçün müəyyənləşdirilmiş vaxta qədər möhlət verilməsi barəsindəki əzəldən) keçmiş hökmü olmasaydı onların arasında mütləq hökm olunardı (və işləri bitərdi). Həqiqətən onlar (səninlə müasir olan yəhudilər) bunun (Qur’anın) barəsində tərəddüd doğuran və qaranlıq gətirən şəkk-şübhə içərisindədirlər.
Hud surəsi , 110-cu ayə
Hud surəsi 110-cu ayə
Tam Surə

Hud surəsi 110-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 110

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“Həqiqətən, Biz Musaya kitab (Tövrat) verdik. Onunla bağlı ixtilaf düşdü.
Əgər Rəbbinin (əzabın tə`xiri ilə bağlı) sünnəsi öncədən
müəyyənləşdirilməsəydi, hər halda (bu dünyadaca) onlar arasında mühakimə
olardı (və cəzaya çatardılar.) Həqiqətən, onunla bağlı bədgümanlıqlarına
səbəb olan bir şəkk içindədirlər.”


Bildirişlər
1.Tarixin heç bir dönəmində bir qövmün bütün fərdləri eyni əqidədə
olmamışdır.
2. Dinlə bağlı ixtilaflar, bə`zilərinin iman gətirməməsi bizi narahat etməsin. Bu
yeni bir hadisə deyil.
3. Qur`anda Tövrat “Nur kitabı” adlandırılsa da, xalq yenə də bu nurla bağlı
ixtilaf saldı.
4. Allah Öz sünnələrini qoruyur və ayaq altına düşməyə qoymur. Çünki hər
kəsdən öncə qanunu verən kəs o qanuna hörmət etməlidir. (Allah dünyanı
mühakimə yeri qərar verməmişdir.)
5. İlahi sünnələr Allahın rübubiyyət məqamına əsaslanır.
6. Səmavi kitabla bağlı ixtilaf edənlərə möhlət verilməsi ilahi sünnələrdəndir.