Əsas məzmuna keç

Hud surəsi - 109-cu Ayə

Surə 11
Ayə 109

Azərbaycan dilində tərcümə

Buna görə də onların ibadət etdikləri şey(in batil olması) barəsində şəkk və tərəddüddə olma. Onlar yalnız atalarının bundan qabaq ibadət etdikləri kimi (üsuliddində təqlid etməklə özlərinin düzəltdikləri məbuda) ibadət edirlər. Biz (dünyanın məhdud malından və axirətin qeyri-məhdud əzabından) onların paylarını şübhəsiz, kamil surətdə və əskiltmədən verəcəyik.
Hud surəsi , 109-cu ayə
Hud surəsi 109-cu ayə
Tam Surə

Hud surəsi 109-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 109

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“(Ey peyğəmbər,) bu kafirlərin pərəstiş etdiklərinə (onların batil
olmasına) şəkk etmə. Onlar yalnız əvvəllər atalarının ibadət etdiyinə
(bütlərə) ibadət edirlər. Həqiqətən, Biz onların qismətini əskiltmədən tam
şəkildə verəcəyik.”


Bildirişlər
1. Rəhbər öz yolunda o qədər möhkəm və qətiyyətli olmalıdır ki, ümmətin
azğınlığı onu süstləşdirməsin.
2. Şəxsiyyətlərə müraciət xalqa daha çox tə`sir edir.
3. Bütpərəstlərin və müşriklərin heç bir dəlil və məntiqi yoxdur.
4. Ata-babaların öz nəsillərinin əməl və rəftarına tə`siri var.
5. Bə`zən ata-babaların əqidəsinə inanc yanlış olur.
6. Allah kafir və müşriklərə də zülm etmir.