Əsas məzmuna keç

Hud surəsi - 108-ci Ayə

Surə 11
Ayə 108

Azərbaycan dilində tərcümə

Xoşbəxt olanlara gəldikdə, onlar Cənnətdədirlər. (Axirət aləminin) göylər(i) və yer(i) durduqca, orada əbədi qalacaqlar, Rəbbinin istədiyi şey istisna olmaqla. (Bu, ardı-arası) kəsilməyən bir bəxşişdir.
Hud surəsi , 108-ci ayə
Hud surəsi 108-ci ayə
Tam Surə

Hud surəsi 108-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 108

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“Amma xoşbəxt olanlar göylər və yer durduqca behiştədirlər. Rəbbinin
istəyi ilə bu əta qət olası deyil.”


Bildirişlər
1. İnsanların bədbəxtliyi onların öz istəyidir. Xoşbəxtlik isə yalnız Allahın
tövfiqi ilə mümkündür.
2. Allah istədiyini edə bilsə də, bu ayənin son hissəsi və digər ayələrdəki
və`dinə görə, behişt əhlini oradan çıxarmır. Behiştə daxil olan insan həmişəlik
orada qalır.