Əsas məzmuna keç

Hud surəsi - 58-ci Ayə

Surə 11
Ayə 58

Azərbaycan dilində tərcümə

(onların əzabı barədə) Bizim əmrimiz (mələklərə) yetişən və Bizim istəyimiz qətiləşən zaman Huda və onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik və onları çox çətin bir əzabdan qurtardıq.
Hud surəsi , 58-ci ayə
Hud surəsi 58-ci ayə
Tam Surə

Hud surəsi 58-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 58

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“(Qəhr-qəzəb) əmrimiz gələn zaman Hud və onunla iman gətirənlərə Öz
rəhmətimizlə nicat verdik və onları şiddətli əzabdan qurtardıq.”


Bildirişlər
1. Əzab da, qurtuluş da Allahın iradəsinə tabedir.
2. Peyğəmbərlər və onların ardıcılları ilahi qəzəbdən amandadırlar.
3. Peyğəmbərlərə təkcə inanmaq yetərsizdir. Onlarla birlikdə olub, himayə
göstərməkdə zəruridir.
4. Allahın mərhəmət qaynağı Onun Özüdür. Onun qəhr-qəzəbi isə bizim
əməllərimizdən qaynaqlanır.
5. Qurtuluş sözünün təkrarı dünya və axirətdə ilahi qəzəbdən xilas rəmzi ola
bilər.
6. Küləklər də Allahın əmrinə tabedir.