Əsas məzmuna keç

Hud surəsi - 59-cu Ayə

Surə 11
Ayə 59

Azərbaycan dilində tərcümə

Bu Ad (qövmü) idi. Onlar özlərinin Rəbbinin nişanələrini (tövhidin aydın dəlillərini və Hudun peyğəmbərliyinin aşkar əlamətlərini) inkar etdilər, Onun peyğəmbərlərinə itaətsizlik göstərdilər və hər bir inadkar zor işlədənin əmrinə tabe oldular.
Hud surəsi , 59-cu ayə
Hud surəsi 59-cu ayə
Tam Surə

Hud surəsi 59-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 59

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“Ad qövmü Rəbbinin ayələrini inkar etdi, Onun peyğəmbərlərinə
itaətsizlik göstərdi, hər bir inadkar sitəmkarın göstərişinə tabe oldu.”


Bildirişlər
1. Nə üçün keçmişdəkilərin tarixindən ibrət götürmürsünüz?
2. Bir peyğəmbəri inkar etmək bütün peyğəmbərləri inkar etməyə barəbərdir.
3. Cəmiyyəti bir sıra təhlükələr hədələyir: ilahi ayələrin inkarı; peyğəmbər və
haqq rəhbərə itaətsizlik; zalım hakimlərə itaət.
4. Mə`sum peyğəmbərlərə tabe olmayanlar inadkar sitəmkarlara itaət edəsidir.
5. Zalım hakimlərin məcburiyyəti xalqı əsarətə almaq üçündür.