Əsas məzmuna keç

Hud surəsi - 61-ci Ayə

Surə 11
Ayə 61

Azərbaycan dilində tərcümə

Və Səmud qövmünə onların (qan və ya qəbilə) qardaşları Salehi (göndərdik). O dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin Ondan başqa bir tanrınız yoxdur. Sizi (ilk ata və ananızı bilavasitə, onların nəslini isə vasitə ilə) yerdən (torpaqdan) yaradan və sizə orada həyat verən və sizdən oranı abadlaşdırmağınızı istəyən Odur. Buna görə də, Ondan (günahlarınız üçün) bağışlanmaq diləyin, sonra (yaxşı əməllərlə) Ona tərəf qayıdın. Şübəsiz, mənim Rəbbim (Öz bəndələrinə) yaxın və (onların dualarını) qəbul edəndir».
Hud surəsi , 61-ci ayə
Hud surəsi 61-ci ayə
Tam Surə

Hud surəsi 61-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 61

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“Səmud qövmünə doğru qardaşları Salehi (göndərdik). O dedi: “Ey
mənim qövmüm! Bir olan Allaha pərəstiş edin, sizin üçün Ondan savay
mə`bud yoxdur. Odur sizi yerdən yaradan. Sizdən istəmiş ki, oranı abad
edəsiniz. Ondan bağışlanma diləyin, sonra Ona doğru dönün. Həqiqətən,
mənim Rəbbim yaxın və qəbul edəndir.”


Nöqtələr
◘Həzrət Saleh Nuh və Huddan sonra peyğəmbərliyə çatmış üçüncü şəxsdir.
Bildirişlər
1. Peyğəmbərin xalqla bağlılığı qardaşyana bağlılıq idi.
2. Yaxşı olar ki, təbliğatçı təbliğ olunan məntəqədən olsun.
3. Bütün peyğəmbərlərin məqsədi yeganə Allaha pərəstiş olmuşdur.
4. Allaha ibadətin dəlil və fəlsəfəsi Onun bəşəriyyətə olan sonsuz lütfüdür.
5. İnsanın yaranış qaynağı torpaqdır.

6. İslam dünya və axirəti əhatə edən dindir. (Həm yer üzünün abadlığına, həm
də tövbəyə də`vət edilir.)
7. Allahın istəyi yer üzünün abadlığıdır.
8. Müvəhhidlərin mə`budu düşüncəli, şüurlu, elmli və qüdrətli, eşidən və cavab
verən mə`buddur. Bütlərdə isə bu xüsusiyyətlər yoxdur.
9. Allaha doğru qayıdış asandır və tövbə Allaha yaxınlaşma zəminidir.
10. Bağışlanma istənilsə və tövbə qılınsa Allah qəbul edər.
11. Allah-təala hamıya yaxındır. Bizi Allahdan uzaqlaşdıran öz düşüncə və
rəftarımızdır.