NUR TƏFSİRİ: Hud surəsi / ayə 63
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
“(Saleh) dedi: “Ey mənim qövmüm! Sizin fikriniz budur ki, əgər Rəbbim
tərəfindən mö`cüzəm olsa və Onun rəhmətinə nail olsam (ağzımı bağlayıb
təbliğ etməməliyəmmi?) Əgər Allaha qarşı günah işlətsəm (risalətimi yerinə
yetirməsəm), Onun qəzəbi qarşısında kim mənə yardım göstərəcək? Siz mənə
yalnız zərər-ziyan artırırsınız.”
Bildirişlər
1.Səmavi dinlər və ilahi rəhbərlər xalqı tövhidə zorla yox, aşkar dəlil və
mö`cüzə ilə də`vət edirlər.
2. Nübuvvət məqamı Allahın Öz bəndələrinə olan xüsusi bir rəhmətidir.
3. Peyğəmbərlər öz risalələrində səhlənkarlığa yol verdikdə Allahın qəzəbinə
gəlirlər.
4. Xalqın xoşuna gəlib onların himayəsini qazanmaq fikri ilə Allah və Onun
yolundan əl çəkməyək. Azğın camaat başqaları üçün yalnız zərər-ziyan artırır.
5. Haqla müxalifətçilik zərərdir.