Əsas məzmuna keç

Hud surəsi - 69-cu Ayə

Surə 11
Ayə 69

Azərbaycan dilində tərcümə

Həqiqətən Bizim (mələklərdən olan) elçilərimiz İbrahimə (oğlu olacağı və Lut qövmünün həlak olması barədə) müjdə gətirdilər. Onlar salam verdilər, o da salam verdi. Sonra, dayanmadan (qonaqlar üçün) qumların üzərində qızardılmış və yağı daman bir buzov gətirdi.
Hud surəsi , 69-cu ayə
Hud surəsi 69-cu ayə
Tam Surə

Hud surəsi 69-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 69

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“Həqiqətən, Bizim elçilərimiz İbrahimə müjdə gətirib dedilər: “Salam.”
(İbrahim) dedi: “Salam.” Çox ötmədi ki, onlara (qonaqlıq üçün) qızarmış bir
buzov gətirdi.”


Bildirişlər
1. Mələklər Allahın izni ilə insan şəklinə düşə bilirlər.
2. Sözə salamla başlamaq lazımdır.
3. Salam səmavi bir şüar, ilahi bir qaydadır.
4. Salama gözəl tərzdə cavab verilməlidir.
5. Qonaq qəbulunda iti olmaq lazımdır.
6. Tanınmayan bir şəxsi də qonaq qəbul etmək dəyərdir.
7. Peyğəmbərlər qonaqpərvər və səxavətli idilər.
8. Qonaqdan aclığı və nə yemək istədiyi barədə soruşmayaq.
9. Qonağa özümüz xidmət edək.
10. Qonağı xörəyin yanına yox, xörəyi qonağın yanına aparaq.
11. Qonağı yaxşı şəkildə qəbul etmək lazımdır. “Zariyat” surəsində oxuyuruq
ki, həzrət İbrahim öz qonaqlarına kabab verərdi.