Əsas məzmuna keç

Hud surəsi - 68-ci Ayə

Surə 11
Ayə 68

Azərbaycan dilində tərcümə

Sanki əsla orada yaşamamışdılar. Bilin ki, Səmud qövmü özlərinin Rəbbinə küfr (və nankorluq) etdi. Bilin! (Allahın rəhmətindən) uzaq olsun Səmud qövmü!
Hud surəsi , 68-ci ayə
Hud surəsi 68-ci ayə
Tam Surə

Hud surəsi 68-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 68

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“(Səmud qövmü səs və zəlzələdən elə məhv oldu ki,) sanki heç vaxt orada
sakin olmamışdı. Bilin ki, həqiqətən, Səmud öz Rəbbini inkar etmişdi. Bilin
ki, Səmud (ilahi rəhmətdən) uzaq oldu.”


Nöqtələr
◘“Casimin” dedikdə dizi üstə oturmaq və ya üzü üstə düşmək başa düşülür.
Necə ki, elektrik cərəyanı insanı dondurub, hərəkət etməyə qoymur. “Yəğnəv”
dedikdə bir məkanda dayanmaq mə`nası başa düşülür.
◘İnadkar və zalım Səmud qövmünün işi bu ayədə bağlanmış olur.
◘Həzrət Saleh ərəb peyğəmbərlərindən və Səmud qövmündən idi. Bu qövm
Mədinə və Şam arasındakı Əl-Qəra məntəqəsində yaşayırdı. Onların məşğuliyyəti
əkinçilik və bağçılıq idi. Hazırkı Tövratda Salehin adı çəkilmir.
◘Hazırda səsdən iti sür`ətli təyyarələrin uğultusu evlərin şüşəsini qırdığı kimi,
dünyanın da son nöqtəsi səmadan enən bir səslə qoyulasıdır. Həmin səs yer
üzündəki həyatı sona çatdırasıdır.
 Qiyamət və məhşər səhnəsi də əzəmətli bir səs
vasitəsi ilə bərpa olacaq.

Bildirişlər
1. Zalımların Allah qəzəbinə gəlməsinin səbəbi onların öz ətrafındakılara zülmsitəmləridir.
2. Allahın cəzası təkcə Qiyamətə aid deyil. Zülm-sitəmin elə bu dünyada da
cəzası var.