Əsas məzmuna keç

Hud surəsi - 76-cı Ayə

Surə 11
Ayə 76

Azərbaycan dilində tərcümə

«Ey İbrahim, bundan (bu vasitəçilikdən) əl çək ki, şübhəsiz artıq (mələklərə) Rəbbinin (onların əzabı barədəki) əmri yetişmişdir və onlara mütləq qarşısıalınmaz bir əzab gələcəkdir».
Hud surəsi , 76-cı ayə
Hud surəsi 76-cı ayə
Tam Surə

Hud surəsi 76-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 76

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“(Allahın Lut qövmü ilə bağlı qərarı qəti olduğundan mələklər İbrahimin
şəfaət istəyinə belə cavab verdilər:) “Ey İbrahim! Bundan gözünü çək.
Həqiqətən, Allahın fərmanı çıxarılıb və qarşısı alınmaz əzab hökmən onları
yaxalayacaq.”


Nöqtələr
◘74-cü ayədə həzrət İbrahim Lut qövmünə əzabla bağlı mübahisəyə başladı.
76-cı ayədə buyurulur ki, ey İbrahim, bu mübahisədən əl çək. Bu iki ayə arasında
İbrahimin şəxsiyyət və məqamının qorunması üçün onun yalnız canıyananlıqdan
mübahisəyə qatıldığını önə çəkmək məqsədi ilə bu Allah peyğəmbərinin
həlimliyi, ah-nalə əhli olması, təslimçiliyi qeyd olunur.
Bildirişlər
1. Peyğəmbərlər bəşəriyyətin ən canıyanan rəhbərləridirlər. Onlar öz
dözümləri, ah-nalələri, duaları ilə xalqın qurtuluşu üçün çalışırlar.
2. Hər hansı xəbərdarlıqda insanın məqam və şəxsiyyəti gözlənilməlidir.
3. İbrahim şəfaət istədiyi vaxt əzabın qətiliyindən xəbərsiz idi.
4. Allahın əzabı da tərbiyə məqsədi ilə nazil olur.
5. Bə`zən peyğəmbərlərin də şəfaəti qəbul olunmur. Allahın fərmanı qəti
olduqda heç bir məqam onun qarşısını ala bilməz.