NUR TƏFSİRİ: Hud surəsi / ayə 77
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
“Mələklərimiz Lutun sorağına gəldikləri vaxt onların gəlişindən qəmgin
oldu və sıxıntıya düşdü. (Öz-özünə) dedi: “Bu gün çətin bir gündür!”
Nöqtələr
◘Allahın elçiləri gözəl gənclər simasında gəldiklərindən Lut öz qövmünün
qonaqlara münasibətdə pis fikrə düşəcəyindən narahat oldu.
◘“Zaqə bihim zər`ən”, yə`ni “əli heç bir yerə çatmadı”. Bu tə`bir həzrət Lutun
aciz qalmasına işarədir.
Bildirişlər
1. Peyğəmbərlərin elmi məhduddur. (Həzrət Lut bilmirdi ki, onun qonaqları
insan qiyafəli mələklərdir.)
2. Pisliklə mübarizənin ilk mərhələsi qəlb mübarizəsidir.
3. Ev sahibi qonaqları qorumağa borcludur.