NUR TƏFSİRİ: Hud surəsi / ayə 78
“Lutun pis işlər görmüş qövmü tələsik onun yanına gəldi. (Həzrət Lut
onların mələklərə təcavüzünün qarşısını almaq üçün öz qızlarına işarə
edərək) dedi: “Ey mənim qövmüm! Bunlar mənim qızlarımdır. (İzdivac
məqsədiniz varsa, onlarla evlənə bilərsiniz.) Onlar sizin üçün daha pakdır,
Allahdan qorxun, məni qonaqların qarşısında rüsvay etməyin. Aranızda
(günah əvəzində izdivacı qəbul edən) bir nəfər yetkin yoxdurmu?”
Nöqtələr
◘“İhra” sözündən olan “yuhrəun” sözü “qovmaq” mə`nasını bildirir. Yə`ni
cilovu qırılmış bu azğın qövmü alovlanmış şəhvət həzrət Lutun qonaqlarına doğru
qovurdu.
◘“Əthər” (daha pak) dedikdə izdivacın daha pak, livatın (homoseksualizmin)
isə pak olduğu nəzərdə tutulmur. Sadəcə, müdara məqsədi ilə izdivacın günahdan
üstün olduğu bildirilir.
◘İztirab, sıxıntı və çətinliklər içində iste`dadlar və ruhi hallar çiçəklənir. Əgər
mələklər həzrət Lutun yanına gələn kimi özlərini tanıtdırsaydılar, Lut ah-nalə
çəkib izdivac təklif etməz, onlara nəsihət verərdi.
◘Sual: Necə olur ki, peyğəmbər öz mö`min qızını kafir kişiyə təklif edir?
Cavab: Bəlkə də evlənmədən öncə iman şərt qoyulacaq idi ki, evlənən tərəflər
iman gətirsinlər. Ya da ki, “bənati” dedikdə, xalqın qızları nəzərdə tutulmuşdur.
Çünki peyğəmbər ümmətin atası olduğundan, xalqın qızlarını öz qızı kimi təqdim
edir. Belə də ola bilər ki, həmin dövrdə uyğun izdivaca icazə verilirmiş.
Bildirişlər
1. Bə`zən cəmiyyət o qədər pozulur ki, xalq qaçaraq günaha üz tutur.
2. Azğın nəfs insanı günaha çəkir.
3. Bir günah o biri günaha yol açır.
4. Pis işlərin qarşısını almaq üçün öncə düzgün yol və xeyir işlər xalqa
göstərilməlidir.
5. İffət və paklıq guşənişinlik yox, təbii get-gəl arasında paklığı gözləməkdir.
(Həzrət Lut xalqın qarşısında qızlarına işarə etdi.)
6. Cəmiyyətin hidayəti üçün moizə bəs etmir. Bə`zən fədakarlığa, isara ehtiyac
var.
7. Qız atası izdivac təklif edə bilər.
8. Cinsi ehtirası söndürmək üçün yeganə düzgün yol izdivacdır.
9. Cəmiyyətdə günah adiləşmişsə də, insan “nəhy əz munkər” etməyə, insanları
pis işdən çəkindirməyə borcludur.
10. Həmcinsbazlıq (homoseksualizm) keçmiş dinlərdə də haram və mənfur
sayılmışdır.
11. Tə`sir ehtimalı az olsa da, pis işdən çəkindirmək zəruridir.
12. Qonağa hörmətsizlik ev sahibinə hörmətsizlik sayılır.
13. Qonaqpərvərlik o qədər dəyərlidir ki, ən şərif insanlar bu yolda böyük
əziyyətlərə qatlaşmışlar.
14. Qonağın müdafiəsi insanlıq haqqıdırsa, qonağa biganəlik namərdlikdir.
15. “Nəhy əz münkər” edərkən, xalqı pis işdən çəkindirərkən onların mərhəmət
hisslərindən bəhrələnək.
16. Həmcinsbazlıq kişilik, rəşadət və qeyrətlə bir araya sığmır.