Əsas məzmuna keç

İbrahim ‏ surəsi - 20-cu Ayə

Surə 14
Ayə 20

Azərbaycan dilində tərcümə

Və bu (yox etmək və yenisini vücuda gətirmək) Allaha çətin deyildir.
İbrahim ‏ surəsi , 20-cu ayə
İbrahim ‏ surəsi 20-cu ayə
Tam Surə

İbrahim ‏ surəsi 20-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 20

MÖHSÜN QƏRAƏTİ
16.11.2025

"Bu (dəyişiklik) Allah üçün çətin deyil.”

Nöqtələr
Quran dəfələrlə buyurmuşdur: "Biz göyləri və yeri boş yerə, oyun-oyuncaq olaraq yaratmadıq.” Digər bir ayədə buyurulur: "Bəli, kafirlərdir ki, varlıq aləminin yaranışını məqsədsiz, puç sayırlar.”
Bildirişlər
1. Göylərin və yerin yaranışı hikmət, məsləhət, müsbət məqsəd əsasında gerçəkləşmişdir.
2. Varlığımıza görə qürrələnməyək, Allahın buna ehtiyacı yoxdur.
3. Varlıq və onun davamı Allahın istək və iradəsinə bağlıdır.
4. İnsansız aləm əbəsdir. Göylərin və yerin yaranışının əbəs olmaması üçün bir dövrün insanları aparılsa da, onların yerinə başqaları gətirilər.