NUR TƏFSİRİ: İbrahim surəsi / ayə 21
MÖHSÜN QƏRAƏTİ
16.11.2025
«(Qiyamət günü xalq) hamılıqla Allahın hüzurunda zahir olar. Zəiflər təkəbbürlülərə deyərlər: "Biz (dünyada) sizə tabe idik. (Bu gün) Allahın əzabından bir şeyi bizdən uzaqlaşdıra bilərsinizmi?” (Onlar cavab olaraq) deyərlər: "Əgər Allah bizi əzabdan qurtuluşa yönəltsə, hökmən biz sizi doğru yola çəkərik. Bizim üçün fəryad çəkməklə səbir etmək arasında fərq yoxdur. Bizim üçün heç bir xilas yolu mövcud deyil.”»
Nöqtələr
"Bərəzu” dedikdə xaric olmaq mənası anlaşılır. Qoşun sıralarından önə çıxıb döyüş üçün hazırlığını bildirən şəxs "mübariz” adlanır.
Xalq adətən öz hakiminin əqidəsində olsa da, İslam müdiriyyət sistemində müdirə mütləq itaət vacib deyil.
Bildirişlər
1. Qiyamətdə xalq Allahın hüzuruna birlikdə çıxar.
2. Kor-koranə təqlid və itaətin sonu peşmançılıqdır.
3. Cəhənnəm əhli bütün əzabın yox, əzabın bir hissəsinin yüngülləşməsini diləyər.
4. Cəmiyyətin rəhbərlərinin doğru və ya əyri yolda olması, xalqın xoşbəxtlik və ya bədbəxtliyini təyin edən mühüm amildir.
5. Günahkar rəhbərlərin qiyamətdə ruhi əzablarından biri öz tabeçiliklərində olanlar qarşısında zəifliklərini və bədbəxtliklərini etiraf etmələridir.
6. Dünyada "bizim üçün moizə edib-etməməyinizin fərqi yoxdur” deyənlər Qiyamətdə belə deyərlər: "Bizim üçün fəryad çəkib-çəkməməyin fərqi yoxdur. Bütün hallarda əzaba düçarıq.”
7. İlahi mühakimə və cəzadan qaçmaq mümkünsüzdür.
8. Qiyamətdə xalq arasında çox söz-söhbət olar.
9. Qiyamətdə kimsə Allahın əzabına mane ola bilməz.