NUR TƏFSİRİ: İbrahim surəsi / ayə 45
MÖHSÜN QƏRAƏTİ
03.12.2025
"Özünə sitəm qılanların məskənlərində də oldunuz. Onlarla necə rəftar etdiyimiz sizə aydın oldu. Hələ sizin üçün məsəllər də çəkdik. (Nə üçün ibrət götürmədiniz?)”
Bildirişlər
1. Bir çox insanlar keçmişdəkilərin taleyindən ibrət götürmürlər. Onlar keçmişdəkilərin yerində oturduqları halda hər şeyi unutmuşlar.
2. Allah höccəti tamamlayır, bəhanələri kəsir. (O həm keçmiş ümmətlərin düçar olduğu əzabı bəyan edir, həm də müxtəlif misallarla məsələni aydınlaşdırır.)
3. Tarix və cəmiyyətə ilahi qanunlar hakimdir.