Əsas məzmuna keç

İbrahim ‏ surəsi - 46-cı Ayə

Surə 14
Ayə 46

Azərbaycan dilində tərcümə

Və şübhəsiz, onlar (bizim peyğəmbərlərimizə qarşı) öz hiylələrini işə saldılar, halbuki onların hiylələri – dağları yerdən qoparacaq qədər güclü olsa da – (onu əzəldən bilmək, dünyada onunla mübarizə aparmaq yolu və onun axirətdəki cəzası) Allahın yanındadır.
İbrahim ‏ surəsi , 46-cı ayə
İbrahim ‏ surəsi 46-cı ayə
Tam Surə

İbrahim ‏ surəsi 46-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 46

MÖHSÜN QƏRAƏTİ
03.12.2025
"Həqiqətən, onlar bütün hiylələrini işə saldılar. Amma onların məkr və hiyləsi Allaha məlumdur. Onların məkri ilə dağlar yerindən qopan deyil.”
Nöqtələr
Allah həm onların hiylələrindən xəbərdardır, həm onların hiylələrinin cəzasını verəcək, həm onların məkrini puça çıxara bilər, ya da özlərinə qaytarar.
Bildirişlər
1. Sitəmkarlar qüdrət və qüvvət sahibi olsalar da, sonda Allahın qəzəbinə düçar olarlar.