NUR TƏFSİRİ: İbrahim surəsi / ayə 47
MÖHSÜN QƏRAƏTİ
03.12.2025
"Düşünməyin ki, Allah peyğəmbərlərinə verdiyi vədə xilaf çıxar. Şübhəsiz, Allah yenilməzdir və intiqam sahibidir.”
Nöqtələr
İnsan öz qəlbindəki kin səbəbindən intiqam alırsa, Allahın intiqamı Onun ədalət və hikmətinə əsaslanır.
Bildirişlər
1. Təhlükəli məqamlarda zəruri xəbərdarlıqlar olunmalıdır.
2. İlahi yardımların təxiri sizdə tərəddüd yaratmasın.
3. İnsanın ağıl və fitrəti olsa da, vəhydən faydalanmadıqda azğınlığa düçar olur.
4. Allah kafirlərə və sitəmkarlara möhlət verərkən vədinə xilaf çıxmır. Möhlət vermək Allahın sünnə və hikmətidir.
5. Qüdrət sahibi olan Allah nə üçün vədinə xilaf çıxmalıdır?!