NUR TƏFSİRİ: İbrahim surəsi / ayə 48
MÖHSÜN QƏRAƏTİ
03.12.2025
"(Qiyamət) Elə bir gündür ki, yer başqa bir yerlə, səmalar başqa səmalarla əvəz olar və hamı yeganə, qalib Allahın hüzurunda dayanar.”
Nöqtələr
Qurani-Kərimin müxtəlif ayələrində Qiyamət günü yerin haldan-hala düşəcəyi bildirilir. Həmin gün yerdə şiddətli bir lərzə yaranacaq, dağlar yerindən qopacaq, didilmiş yun tək səpələnəcək. Həmin gün yer üzü saf və hamar müstəvi şəklini alacaq. Səmaların dəyişikliyi isə günəşin sönməsi və ərş nizamının pozulması ilə müşayiət olunacaq. Hər halda, mövcud nizamın sonu var.
Bildirişlər
1. Bütün yaranmışlar öz əməllərinin cavabını vermək üçün növbəti dəfə dirildiləcəklər.
2. Qiyamətdə sitəmkarlara mərhəmət yeri yoxdur.