Əsas məzmuna keç

Əl-İsra surəsi - 104-cü Ayə

Surə 17
Ayə 104

Azərbaycan dilində tərcümə

Və ondan (Firondan) sonra İsrail övladlarına dedik: «(Misir və Şam) torpağ(ın)da məskunlaşın. Beləliklə, axirət vədəsi yetişəndə sizin hamınızı birlikdə (Məhşər səhnəsinə) gətirəcəyik (və mühakimə yürüdülüb hökm çıxarıldıqdan sonra ayıracağıq)
Əl-İsra surəsi , 104-cü ayə
Əl-İsra surəsi 104-cü ayə
Tam Surə

Əl-İsra surəsi 104-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 104

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Bundan (Firon qərq olduqdan) sonra Bəni-İsrailə dedik: «Bu məntəqədə yerləşin. Axirət vədi» çatdıqda sizin hamınızı bir yerə toplayacağıq.”
Nöqtələr
"İftifzaz” dedikdə zorla xaric etmək mənası anlaşılır. Quran zalımların ilahi övliyalara münasibətdə üsuluna və nakam qalmalarına dəfələrlə işarə etmişdir. İbrahimi oda atdılar, Allah odu soyutdu. Yusifi quyuya atdılar, Misir başçılarından oldu. Peyğəmbəri (s) Məkkədən çıxartdılar, Allah İslam dünyasının hakimiyyətini ona əta etdi. Batil əhlinin məkri qarşısında münasib tədbir görmək ilahi sünnədir.
"Ləfif” dedikdə bir-birinə qoşulmuş dəstələr nəzərdə tutulur.
Bildirişlər
1. Zalım qüvvələrin işi əziyyət və sürgündür. Haqq insanlara münasibətdə onların dözümü yoxdur.
2. Allah zalım qüvvələrin istəyinə Öz istəyi və qəhr-qəzəbi ilə cavab verir.
3. Günah fikri günah sayılmasa da, peyğəmbərin sürgünü kimi təhlükəli fikir ilahi qəhr-qəzəblə nəticələnir.
4. Zalım qüvvələrin güc-qüdrəti yerə aiddir və məhduddur.
5. Allah höccəti tamamladıqdan, bəhanəyə yer qalmadıqdan sonra əzab göndərir. Möcüzələrdən və xalqın tərsliyindən sonra onların həlak olması qaçılmazdır.
6. Zalım qüvvələrin və onların həmkarlarının sonu puçdur.
7. Zalımlara yardım onların bədbəxtliyinə şəriklik səbəbidir.
8. Xalqın həlakında azğın rəhbərlərin rolu var.
9. Bir məntəqəyə müvəqqəti hakim olanlar qiyamətdə Allaha cavab verməlidirlər.