NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 102
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Musa dedi: "Şübhəsiz, bilirsən ki, bu (möcüzələri) yalnız göylərin və yerin Rəbbi sizin bəsirətiniz üçün göndərib. Ey Firon! Güman edirəm ki, sən həlak olmuşsan.”
Nöqtələr
Sual: Musa Fironun həlak olmasına əmin olduğu halda nə üçün "güman edirəm” deyir?
Cavab: Əvvəla, "güman edirəm” təbiri qəti bir məsələyə də aid ola bilər. İkincisi, ola bilsin ki, Fironun hidayətinə ümid vardı. Üçüncüsü, düşmən həya pərdəsini yırtmadığı vaxt, ədəb qaydasına əsasən biz də hədd gözləməliyik. Musa Fironun sözünə uyğun şəkildə cavab verdi.
Bildirişlər
1. Bəzən insan haqqı bildiyi halda, özünü bilməməzliyə vurur.
2. İnsanın hidayət və qurtuluşu üçün elmdən əlavə iman və təslimçiliyə də ehtiyac var. Fironun elmi vardı, amma nicat tapa bilmədi.
3. Musanın möcüzələri o qədər aşkar idi ki, Firon da bu möcüzələri dərk edirdi.
4. Möcüzə sehr-cadudan fərqli olaraq xalqın bəsirəti üçündür.
5. Azğın hökumətlərdə xalqın hidayəti üçün başçılara üz tutmaq lazım gəlir.
6. İlahi peyğəmbərlər getdikləri yola əmin idilər. Buna görə də zalım hakimlərə qətiyyətlə xəbərdarlıq edirdilər.
7. Haqqı anladığı halda inadkarlıq və təkəbbür göstərən kəs həlak olar.