Əsas məzmuna keç

Əl-İsra surəsi - 106-cı Ayə

Surə 17
Ayə 106

Azərbaycan dilində tərcümə

Biz bu Qur’anı sənə hissə-hissə və ayrı-ayrı oxuduq (surə-surə və ayə-ayə nazil etdik və ya hadisələrin baş verməsinə uyğun olaraq böldük) ki, onu insanlara tələsmədən yavaş-yavaş oxuyasan və Biz onu tədricən (iyirmi üç il ərzində) nazil etdik.
Tam Surə

Əl-İsra surəsi 106-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 106

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Quranı xalqa asta-asta oxuyasan deyə, onu hissələrə böldük və tədricən nazil etdik.”
Nöqtələr
Kafirlərin etirazlarından biri bu idi ki, nə üçün Quran bir dəfəyə nazil olmur?("Təfsire-Əbul-Futuh-Razi.” ) Ayədə uyğun irada cavab verilir.
Quran ayələri müxtəlif hadisələrlə rabitədə olduğundan və zaman ötdükcə hər bir təbəqənin ehtiyaclarını aradan qaldırmaq üçün hissə-hissə nazil olmuşdur. Ayrı-ayrı vaxtlarda nazil olmuş ayələr müxtəlif hadisələrlə əlaqələnmiş və intizarda olanlar tərəfindən maraqla qarşılanmışdır. Məsələn, əgər cihad ayələri sülh dövründə nazil olsaydı, həm tətbiq edilməz, həm də maraqla qarşılanmazdı.
Tədricilik Allahın sünnələrindəndir. Allah birdəfəyə yarada biləcəyi halda dünyanı altı gündə yaratdı; Birdəfəyə nazil etməyə qadir ikən Quranı tədricən nazil etdi.
Quran ona görə tədricən nazil edildi ki, onun ayələrinə əməl edilsin. Əlbəttə ki, belə bir tədricilik həm də peyğəmbərin vəhy mənbəyi ilə daimi rabitəsini göstərir.
Bildirişlər
1. Quranın hissə-hissə bölünməsi Allahın istəyidir.
2. Təlim-tərbiyə, doğru yola çağırış tədrici olmalıdır.
3. Quranın tədricən oxunması dinləyicini növbəti ayələrə susadır. Asayiş həm də əminliklə əldə olunur.
4. İstənilən bir tərbiyəçi və islahatçının uzunmüddətli proqramı olmalıdır. O, dövrdən və ortaya çıxan ehtiyaclardan xəbərsiz qalmamalıdır.
5. Əlbəttə ki, peyğəmbərdə Quranı birdəfəyə qəbul etmək tutumu vardı. Amma xalqın tutumu az olduğundan Quran tədricən nazil edilməli idi.
6. Quranın təlimdən əlavə icra yönümü var. Ayələr nazil olduqca icra edilməlidir. Yüzlərlə fəsadın baş aldığı cəmiyyətdə yüzlərlə hökmü birdəfəyə icra etmək mümkünsüzdür.