Əsas məzmuna keç

Əl-İsra surəsi - 107-ci Ayə

Surə 17
Ayə 107

Azərbaycan dilində tərcümə

(Müşriklərə) de: «Bu kitaba iman gətirsəniz də, gətirməsəniz də, şübhəsiz, bu kitab(ın nazil olmasın)dan qabaq elm verilmiş kəslər (öz səmavi kitablarından bu kitabın haqq olduğunu bilirlər və) o, onlara oxunan zaman səcdə edərək üzü üstə düşürlər».
Əl-İsra surəsi , 107-ci ayə
Əl-İsra surəsi 107-ci ayə
Tam Surə

Əl-İsra surəsi 107-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 107

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"De ki, Qurana iman gətirin, ya gətirməyin (Allah üçün fərqi yoxdur). Şübhəsiz, bundan öncə elm verilənlərə tilavət olunarsa, səcdə edən halda üzü üstə yerə düşərlər.”
Nöqtələr
"Xərir” sözündən olan "yəxirrun” sözü yüksəklikdən tökülən su səsi mənasını bildirir. Eləcə də özündən ixtiyarsız Allah qarşısında səcdəyə düşən, təsbih dediyi halda səsi ucalan kəs belə adlanır.
"Üzü üstə” ("çənəsi üstə”) ifadəsi təvazönün son həddini göstərir. Belə bir səcdədə alından əlavə, üz və çənə torpağa toxunur.
Bildirişlər
1. İnsanların iman və küfrünün Quranın haqq olmasına təsiri yoxdur.
2. Elm ilahi hədiyyədir.
3. Cəhalət kafirlərin nəzərində Allaha iman səbəbidirsə, Quran nəzərində imansızlıq səbəbidir. Quran elm və biliyi imanın kökü sayır.
4. Kitab əhli alimlərindən bir qrupu Qurana iman gətirdilər, Quran onların ruhunda dərin iz qoydu.
5. Gerçək elm insanı həqiqət qarşısında itaətə vadar edir.
6. Müxaliflərin əziyyətlərinin ruhumuzu sarsıtmaması üçün bir qrupun haqq qarşısında inadkarlığı zamanı itaət əhlini xatırlamaq lazımdır.
7. Quran o qədər uca və dəyərlidir ki, onun tilavəti alimlərin diqqəti ilə izlənilir.