Əsas məzmuna keç

Əl-İsra surəsi - 15-ci Ayə

Surə 17
Ayə 15

Azərbaycan dilində tərcümə

Kim doğru yola gəlsə ancaq öz xeyrinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır. Heç bir günahkar başqasının günahını daşıyan deyildir. Biz (dünyada heç bir millətə, onları oyatmaq üçün) bir peyğəmbər göndərməyincə (köklərini kəsəcək) əzab verməmişik.
Tam Surə

Əl-İsra surəsi 15-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 15

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Hidayət olan (doğru yol tutan), həqiqətən, öz xeyrinə hidayət olmuş, yolunu azan isə yalnız öz zərərinə azmışdır. Kimsə başqasının günah yükünü çiyninə almır. Biz peyğəmbər göndərməmiş əzab verən deyilik.”
Nöqtələr
"Ənam” surəsinin 25-ci, "Ənkəbut” surəsinin 13-cü ayələrinə və bir sıra rəvayətlərə əsasən, küfr başçıları öz günah yüklərindən əlavə ardıcıllarının da günah yüklərini çiyinlərinə alarlar. Çünki onlar öz ardıcıllarının doğru yoldan azmalarına səbəb olmuşlar.
Bildirişlər
1. İnsan yol seçimində azad buraxılmışdır.
2. Doğru yolun qəbulu insanın öz xeyrinə, küfr isə onun zərərinədir. İnsanın hansı yolu tutmasının Allaha xeyir-zərəri yoxdur.
3. Hər kəs öz əməlinin cəzasını çəkər.
4. Öncə müsbət işlərdən danışmaq, sonra mənfiləri qeyd etmək lazımdır.
5. Kimsəyə höccəti tamamlamamış, xəbərdarlıq etməmiş əzab vermək Allahın sünnəsi, qanunu deyil. Bəşəriyyətin doğru yolu tutması üçün elə öncədən peyğəmbərlər göndərilmişdir.
6. Xoşbəxt olmaq üçün ağıl bəs etmir, peyğəmbərlərin hidayəti də lazımdır.
7. Peyğəmbərlərin gəlişi axirət sorğusu üçün şərtdir. Sorğuya çəkilən insana öncə peyğəmbərlər vasitəsi ilə vəzifələri aydınlaşdırılmalıdır.