Əsas məzmuna keç

Əl-İsra surəsi - 16-cı Ayə

Surə 17
Ayə 16

Azərbaycan dilində tərcümə

. Biz hər hansı bir cəmiyyəti (azğınlıqlarına görə) həlak etmək istəyəndə, onların böyüklərinə və əyyaşlarına (Qiyamətdə bəhanə gətirmələrinə yer qoymamaq üçün bir daha Allaha itaət etmələrini) əmr edərik (yaxud onların dünyadakı imkanlarını artırarıq). Belə olduqda onlar həmin mühitdə Allaha qarşı itaətsizlik edərlər (və digər təbəqələr də onlara tabe olarlar, yaxud onların günahlarına razı olarlar). Beləliklə Bizim (azğınları məhv etməkdən ibarət) qəti və əzəli hökmümüz onların barəsində gerçəkləşər və onları şiddətlə həlak edərik.
Əl-İsra surəsi , 16-cı ayə
Əl-İsra surəsi 16-cı ayə
Tam Surə

Əl-İsra surəsi 16-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 16

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Bir məntəqəni (günahlarına görə) həlak etmək istədikdə, onun xoş güzaran keçirən adamlarına əmr edərik. Belə ki, bu əmrə qarşı müxalif və aciz olarlar. Nəticədə əzab və ilahi qəhr-qəzəbə düçar olarlar. Sonra oranı tam viran qoyarıq.”
Nöqtələr
"Əmərna mutrəfiha”, yəni qövm başçılarına itaət əmri verərik. Allah zülm və günah yox, ədalət və ehsan göstərişi verir. Həlak etməzdən öncə itaət göstərişi verilir. Rifah içində yaşayanlar müxalif olar və adi insanlar da onların yolunu gedərlər. Həmin vaxt ilahi qəhr-qəzəb qətiləşər və itaətdən çıxanları bürüyər.
Hikmət sahibi olan Allahın əzab istəyi bizim günahlarımıza və mənfi xislətlərimizə əsaslanır. Əslində Allah mehribandır, heç bir qövmü səbəbsiz yerə həlak etmir. İmam Riza (ə) buyurur: "Bu ayədə ilahi iradə bizim günahımızla şərtlənir.”(Bax: "İsra”, 19 )
Bildirişlər
1. İnsanın nemətlərə qərq olması da ilahi qəhr-qəzəb və cəza nümunəsi ola bilər.
2. Cəmiyyətdəki varlı insanlar ilahi qəhr-qəzəbə zəmin yaradırlar.
3. Cəmiyyətin əxlaqı və ictimai baxımdan süqutu bu cəmiyyətin varlı başçılarının əlindədir.
4. Rifah, adətən, fəsad səbəbi olduğundan peyğəmbərlərə qarşı ilkin olaraq rifah içində yaşayanlar çıxmışlar.
5. İtaətsizlik göstərənlərə möhlət vermək ilahi sünnə, qanundur.
6. İlahi xəbərdarlıqlara ciddi yanaşaq, özümüzü islah edək. Çünki bu hədələrin həyata keçməsi öz əməllərimizdən asılıdır.
7. Höccət tamamlanmadan, yetərli dəlillər gətirilmədən ilahi əzab nazil olmur.
8. İlahi qəhr-qəzəb və əzab şiddətlidir.
9. Bütün işlər Allah qüdrəti ilə həyata keçir.