Əsas məzmuna keç

Əl-İsra surəsi - 18-ci Ayə

Surə 17
Ayə 18

Azərbaycan dilində tərcümə

Kim yalnız bu ötəri nəqdi (dünyanı) istəsə, Biz dünyada istədiyimiz şeyi istədiyimiz şəxsə verməkdə tələsər, sonra onun üçün Cəhənnəmi müəyyənləşdirərik ki, orada məzəmmət olunmuş və qovulmuş halda yanar.
Əl-İsra surəsi , 18-ci ayə
Əl-İsra surəsi 18-ci ayə
Tam Surə

Əl-İsra surəsi 18-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 18

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Hər kəs daim ötəri dünya həyatını istəsə, bu dünyada tezliklə istədiyimizə istədiyimiz qədər verərik. Sonra onun üçün cəhənnəmi qərar verərik. O, xəcalət içində və rədd edilmiş halda oraya daxil olar.”
Nöqtələr
Quran baxımından, insana axirəti unutduran dünya istəyi məzəmmət olunur. Bu məsələyə bir çox ayələrdə işarə olunmuşdur.("Təfsiri-Nurus-Səqəleyn” )
Maddi dünyada ziddiyyət və qarşıdurmalar çoxdur. İnsan bütün arzularına çata bilmir. Demək, hamıya pay ayrılmalıdır. Mənəviyyat dünyasında isə belə deyil. Çünki bu dünyada heç bir məhdudiyyət yoxdur. Mənəvi ləzzətlər yolu hamının üzünə açıqdır və hər kəs istədiyi qədər kam ala bilər("Təfsiri-Nurus-Səqəleyn” ).
Bildirişlər
1. Dünya ötəridir.
2. İnsan məqsədli yaradılmışdır və seçim aparmaqda azad buraxılmışdır. Amma əsas məsələ Allahın iradəsidir.
3. Pislənilən dünya yox, dünyapərəstlik xislətidir.
4. İnsanın arzuları bitib-tükənməzdir, bu arzuları Allahın çərçivəsində məhdudlaşdırmaq lazımdır.
5. Dünyapərəstlər arasında dünyanı əldə edə bilməyənlər də var.
6. Dünyapərəstlər iki dəstədir: bəziləri dünya və axirəti əldən verir, bəziləri isə müəyyən dünya istəklərinə çatır.
7. Maddi istəklərlə yaşayanlar müəyyən həddə ad-san və çörək əldə etsələr də, qiyamətdə müşkülə düşürlər.
8. Dünyapərəstliyin sonu peşmançılıq və cəhənnəmdir.
9. Dünyapərəstlər həm fiziki baxımdan odda yanır, həm də ruhi baxımdan alçaldılırlar.