Əsas məzmuna keç

Əl-İsra surəsi - 19-cu Ayə

Surə 17
Ayə 19

Azərbaycan dilində tərcümə

Və kim axirəti istəsə və mömin olan halda axirət üçün ona layiq tərzdə çalışsa, onda belə şəxslərin səyləri qəbul ediləcək və mükafatlandırılacaqdır.
Tam Surə

Əl-İsra surəsi 19-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 19

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Axirət istəyən və bu məqsədlə lazımınca çalışan və mömin olan insanın zəhməti dəyərləndirilər.”
Bildirişlər
1. İnsan iradəyə malikdir və azad buraxılmışdır.
2. Axirət zəhmətsiz əldə olunmur.
3. Axirət səadəti üçün xüsusi səy lazımdır.
4. Dünya səylərindən nəticə əldə etmək üçün iman şərtdir.
5. İman və səy axirət səadəti üçün şərtdir.
6. Möminlər səy göstərib nəticəyə çatsalar da, çatmasalar da, onların zəhməti dəyərləndirilər.
7. Dünyapərəstlərin dünyanı əldə etməsi ehtimal olunursa, möminlərin axirət mükafatı labüddür.
8. İnsanın istək və səyinin onun xoşbəxtliyinə təsiri var.
9. Başqalarının səyinə görə təşəkkür etmək ilahi işdir.
10. Allahın möminlərə təşəkkürü behişt bağlarından üstündür. Çünki hər kəsin təşəkkürü onun vücudundan şölənənən şüa ölçüsündədir.
11. Allah hər səyi bəyənib tərif etmir.