NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 20
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Biz Rəbbinin ətasından bunlara və onlara yardım göstərərik. Rəbbinin ətası kimsəyə qadağan olunmaz.”
Nöqtələr
Allah insanı azad yaratmışdır. İnsana sınaq üçün imkanlar verilmişdir ki, necə əməl edəcəyi aydınlaşsın. Bu yolla Allahla müamilə edənlər Allahdan qeyriləri ilə müamilə edənlərdən seçilirlər. Su və elektrik təchizat idarələri evləri su və işıq kimi iki nemətlə təchiz edir. Bu nemətlərdən yaxşı və ya pis işdə istifadə etmək insanların ixtiyarındadır.
Bildirişlər
1. Öz yardımlarını hamının ixtiyarına vermək və bu yolla yaxşı və pis sifətlərin üzə çıxmasına şərait yaratmaq Allahın sünnəsidir.
2. Allaha iman və axirət istəyinin maddi imkanlardan faydalanma ilə ziddiyyəti yoxdur.
3. İlahi lütflər Allahın rübubiyyət şəni və fəzlidir. Əslində, Allahın kimsəyə borcu yoxdur.
4. Allahın ətası həmişəlikdir.