Əsas məzmuna keç

Əl-İsra surəsi - 22-ci Ayə

Surə 17
Ayə 22

Azərbaycan dilində tərcümə

Allahla birlikdə əsla başqa bir məbud götürmə ki, (mələklərin və saleh insanların yanında) qınanmış və (Allahın yanında) məzəmmət olunmuş, xar və köməksiz düşüb qalarsan.
Əl-İsra surəsi , 22-ci ayə
Əl-İsra surəsi 22-ci ayə
Tam Surə

Əl-İsra surəsi 22-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 22

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Allahla yanaşı başqa məbud qərar vermə, yoxsa məzəmmət edilər, başıaşağı olarsan.”
Nöqtələr
Ayədə Peyğəmbərə (s) xitab olunsa da, bütün xalq nəzərdə tutulmuşdur. Qurani-Kərimdə bu sayaq xitablar çoxdur. Məsələn, növbəti ayədə Peyğəmbərə (s) müraciətlə ata-anaya ehtiram tövsiyə olunur. Hansı ki, Peyğəmbər (s) öz ata-anasını uşaq vaxtı itirmişdi.
Bu ayədə "la təcəl” deyə xalqa müraciət olunur. Peyğəmbərə (s) bir rəhbər olaraq üz tutulur.
Bildirişlər
1. İnsanın xoşbəxtlik və izzəti tövhid sayəsindədir. Şirk və Allahdan qeyrisinə pərəstiş insanı alçaldır.
2. Qeyri-ilahi məktəblərə ardıcıllıq insanı çıxılmaz vəziyyətə, uçuruma sürükləyir.
3. Müşrik insan Allah, mələklər, möminlər, oyaq vicdanlar, düşüncə sahibləri tərəfindən məzəmmət olunur. Ayədə məzəmmət edənin adı konkret qeyd olunmamışdır.