Əsas məzmuna keç

Əl-İsra surəsi - 3-cü Ayə

Surə 17
Ayə 3

Azərbaycan dilində tərcümə

(İsrail övladları) Nuhla birlikdə (gəmiyə) mindirdiyimiz kəslərin övladlarıdır. Çünki o, şükr edən bir bəndə idi.
Əl-İsra surəsi , 3-cü ayə
Əl-İsra surəsi 3-cü ayə
Tam Surə

Əl-İsra surəsi 3-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 3

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"(Ey Bəni-İsrail!) Ey Nuhla birlikdə süvar etdiklərimizin övladları, həqiqətən, Nuh çox şükür edən bir bəndə idi. (Siz də onun kimi olun).”
Nöqtələr
Həzrət Nuh bəşəriyyətin "ikinci atası” adlandırılmışdır. Çünki Nuhun tufanı zamanı onunla gəmiyə süvar olanlardan savay hamı qərq oldu. Bu səbəbdən də "Zurriyyətə mən həməlna” müraciəti " ya bəni Adəmə” müraciəti ilə eyni mənadadır.
Peyğəmbərlər arasında həzrət Nuh hamıdan çox yaşamışdır. O daim kafirlərin və inadkarların əzab-əziyyətinə məruz qalmış, amma çox şükür etmişdir(Bax: "Qəsəs”, 83 ). Allah da Öz növbəsində həzrət Nuh üçün xüsusi bir hesab aparır və ona xüsusi bir salam göndərir(Təfsiri-Nurus-Səqəleyn”; "Təfsiri-Furqan”; "Təfsiri-Nümunə”..... ).
Bildirişlər
1. Peyğəmbər məktəbində olmaq və onlarla yoldaşlıq qurtuluş və həyat rəmzidir.
2. Keçmişdəkilərin tarixi gələcəkdəkilər üçün xəbərdarlıq amilidir.
3. Övladların diqqətini ata-babaların şərafət və imanına yönəltmək onların tərbiyəsi və məsuliyyəti qəbul etməsi üçün hisslər üzərində qurulmuş bir yoldur.
4. Allaha bəndəlik hadisə və təhlükələrdən qurtuluş zəminəsidir.
5. Böyük və nümunə insanların tərifi tərbiyə amillərindəndir.
6. Şükrün bərəkətlərindən biri etibarlı övladlara malik olmaqdır.