Əsas məzmuna keç

Əl-İsra surəsi - 45-ci Ayə

Surə 17
Ayə 45

Azərbaycan dilində tərcümə

Qur’an oxuduğun zaman səninlə axirətə inanmayanların arasında görünməz bir pərdə çəkərik (onların rəzil əxlaqı, itaətsizlikləri və küfrləri görünməz bir pərdədir və onların Qur’an maarifinə diqqət yetirmələrinə mane olur).
Əl-İsra surəsi , 45-ci ayə
Əl-İsra surəsi 45-ci ayə
Tam Surə

Əl-İsra surəsi 45-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 45

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Quran oxuduğun vaxt səninlə qiyamətə inanmayanlar arasında görünməz hicab qərar verərik (ki, haqq maarifin dərkindən məhrum qalsınlar).”
Nöqtələr
Quran təqvalıların hidayət vasitəsidir.(Bax: "Fussilət”, 44; "Ənam”, 25; "Kəhf”, 57 )Axirətə əminlik müttəqilərin nişanələrindəndir.("Təfsiri-Ətyəbul-Bəyan” )Demək, Quran qiyamətə inanmayanları hidayət etmir. İnsanı vəhy və ilahi maarifin dərki ləzzətindən məhrum edən həmin hicabdır. Peyğəmbərin (s) dilindən vəhy eşitsələr belə, onlara təsir etməz.
Bildirişlər
1. İnsanda hidayət qabiliyyəti olmasa, Peyğəmbərin (s) oxuduğu Quran da ona təsir etməz.
2. İnsanın inadkarlıq və küfründən sonra ilahi qəhr-qəzəb nazil olur.
3. Quran tilavəti insanı kafirlərin şərindən qoruya bilər.
4. Quran tilavəti insanda kafirlərdən uzaqlıq ruhiyyəsi yaradır.
5. Vəhyi dərk etməkdən məhrumluq ilahi əzab və qəzəbdir. Allahın qamçısı səssizdir.
6. Məada iman ilahi dəvətin qəbul amili, məada küfr ilahi maarifin inkar səbəbidir.
7. Allah Öz həqiqətlərini və maarifini yalnız haqq əhlinə açır.