Əsas məzmuna keç

Əl-İsra surəsi - 61-ci Ayə

Surə 17
Ayə 61

Azərbaycan dilində tərcümə

(yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Beləliklə İblisdən başqa onların hamısı səcdə etdi. O, «palçıqdan yaratdığın bir kəsə səcdə edim?!» dedi.
Əl-İsra surəsi , 61-ci ayə
Əl-İsra surəsi 61-ci ayə
Tam Surə

Əl-İsra surəsi 61-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 61

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Xatırla, bir vaxt mələklərə dedik: "Adəm üçün səcdə edin.” Səcdə etdilər. Yalnız İblis səcdə etməyib dedi: "Gildən yaranmış bir kəs üçünmü səcdə edim?!”
Nöqtələr
Quranda mələklərin səcdəsinə və İblisin səcdədən boyun qaçırmasına dəfələrlə işarə olunmuşdur.
İblis cin tayfasındandır(Bax: "İsra”, 64)Onun qoşunu var.(Bax: "Əraf”, 12 ) Onun qoşunu süvari və piyadalardan ibarətdir.(Bax: "Hicr”, 29 ) Onun azğınlığının, səcdə etməməsinin səbəbi torpaqla odu müqayisə etməsi oldu.(Müfrədati-Rağib” )
Bildirişlər
1. Allahın əmri əsasında Allahdan qeyrisinə səcdənin eybi yoxdur.
2. İnsan mövcudlar çələnginin çiçəyidir. Məsum mələklər də onun qarşısında səcdə etdilər.
3. Mələklər Allahın əmrinə təslimdir.
4. Xəyali üstünlüklərə etiqad şeytanın işidir. Çünki şeytan öz növünün üstünlüyünü iddia edirdi.
5. Allahın hikmətinə, ədalətinə və əmrinə etiraz səcdə etməməkdən də pisdir.
6. İblis ölçü aparan və azad buraxılmış bir mövcuddur.
7. Allahın əmri qarşısında ictihad (araşdırma aparmaq) qadağandır. (İblis Allahın hökmünə münasibətdə ictihad etdi.)
8. Bəzən günahın kökü özünəvurğunluq olur.
9. İblisin həsədi onun gözünü bağladı, o, insandakı ilahi ruhu yox, torpaq bədəni gördü.("Təfsiri-Nurus-Səqəleyn” )
10. İblisə elə gəlir ki, dəyərləndirmə meyarı maddi səciyyələrdir.